Uğurlu karyeranın təməli!

Sertifikat kursları

Treyninq Mərkəzi Qərb Universitetinin vacib tərkib hissəsidir. Mərkəz yüksək səviyyəli təlim kursları təşkil edir. Onun vəzifəsi:

- Kiçik kommersiya şirkətləri daxil olmaqla biznes təşkilatlarına öz problem və ehtiyaclarını müəyyənləşdirməkdə, təhlil etmək və aradan qaldırmaqda yardımçı olmaq, həmçinin qərar qəbuletmə prosesini sürətləndirməkdə və maliyyə bazarında rəqabəti saxlamaqda kömək etməkdir.

- Peşəkar sahədə fəaliyyət göstərən şəxslərə iş və ya elmi nailiyyətlərinin artırılmasında, eləcə də karyera irəliləmələrində yardım etməkdir.

Bizim strategiyamız maliyyə bazarının tələblərinə dərhal cavab verə bilmək üçün biznes dünyasının daim dəyişən ehtiyaclarını nəzarətdə saxlamaqdır.

Ölkənin daim inkişafda olan kommersiya ehtiyaclarını nəzərə alaraq Qərb Universiteti beynəlxalq və milli təhsil proqramlarına əsaslanmaqla, həmçinin yerli, eləcə də beynəlxalq seminar və konfranslar çərçivəsində təlim-tədris prosesində çalışan personalın bacarıqlarını mütəmadi inkişaf etdirməklə biznes dünyasının tələbləri ilə ayaqlaşmağa çalışır.

Təlimin keyfiyyətini yüksəltmək məqsədilə xaricdən dərs demək üçün mütəxəssislər dəvət edir və təlim prosesinin müasir avadanlıqlar üzərində qurulması üçün səylə çalışırıq. Treyninq Mərkəzi 30 və 100 nəfərlik yerləri olan 2 konfrans zalı daxil olmaqla 20dən çox xüsusi otağa malikdir.

Mərkəz proyektorlar, audio və video materiallar, geniş ekran, müasir "multimedia” komputerləri, dil, biznes, maliyyə, menecment, win tutor və başqa interaktiv komputer proqramları üçün çox sayda CD-ROMlar kimi müxtəlif texniki avadanlıqlarla təchiz olunub.

Treyninq Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabineti, ABƏŞ, Bakı İş adamları Birliyi və digər ictimai təşkilatların əməkdaşlarına təlimlər keçmək üçün müqavilələr bağlamışdır.

Hazırki təlim kurslarının siyahısına nəzər yetirmək üçün keçid linkinin üzərinə basın.