Uğurlu karyeranın təməli!

IELTS

Qərb Universitetində Akademik İELTS hazırlıq kursları

Kursun broşürasını yüklə

İntensiv 12 həftəlik Akademik İELTS kursları sizə imtahandan uğurla keçmək üçün strategiyaları öyrədəcək (İntensiv 12 həftəlik Akademik İELTS kursları imtahandan keçmək üçün sizə kömək edəcək).

Kurs Britaniya və başqa ölkələrdə akademik təhsil haqqında əminlik yaradacaq və bilikləri inkişaf etdirməyə kömək edəcək.

Dərslər Cənab Ross Duglas tərəfindən aparıır. Ross Xarici Dillər Fakültəsinin dekan müavinidir və İngilis dilinin, o cümlədən İELTS və TOEFL kurslarının tədris edilməsində böyük təcrübəyə malikdir.

Kursun məzmunu:

Kurs ərzində aşağıdakı əsas sahələr dərindən əhatə olunacaq:

- Akademik oxuma və yazma;

- Dinləmə;

- Akademik Danışıq;

Bundan başqa:

- Akademik tədqiqatlar üçün dil bilikləri;

- Prezentasiyalar, seminarlar və məşğələlər üçün danışıq bacarıqları;

- Qeyd alma bacarıqları;

- Akademik mənbələrindən istifadə və istinad etmək bacarıqları;

- Kritik düşüncə də inkişaf edəcək;

Kursun müddəti və başlanması:

Kursun müddəti 12 həftədir. Ayda 8 dərs keçirilir. Tələbələr proqram üzərində müstəqil çalışmalı və bir sıra fərdi tapşırıqları yerinə yetirməli olacaqlar. Hər qrupda maksimum 6 tələbə olur.

Tələblər:

İngilis dilinin səviyyəsini müəyyənləşdirmək üçün kursun ilk günündə tələbələr yazılı testdən keçməlidir. Kursa başlamaq üçün tələbələr İngilis dilini orta səviyyədə (İntermediate) bilməlidirlər.

Qiyməti:

8 dərsin qiyməti 110 AZN. Qiymətə kitabların qiyməti də daxildir.

Biz sizə ödənişsiz sınaq dərsləri də təklif edirik.

Ünvan:

Qərb Universiteti (İstiqlaliyyət küçəsi 27)

Tel: (+994 12) 492 74 18, +(994 50) 788 20 78