Turizm və otelçilik üzrə bakalavr dərəcəsi

Proqram: Turizm və otelçilik üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Turizm və otelçilik tələbələrə idarəetmə sahəsində təhlil qabiliyyətini, otel idarəçiliyi sahəsində bilik və bacarıqların aşalanmasını təlqin edən çoxsahəli əyani təhsil proqramıdır. Tələbələr turizm sahəsində uğurlu karyera qurmaq üçün önəmli olan bacarıqlarla yanaşı texniki və nəzəri bilikləri əldə etmə imkanlarına sahib olurlar. Proqram otel idarəetməsi anlayışında mühüm əhəmiyyət kəsb edən marketinq, iqtisadiyyat və insan resurslarının idarə edilməsi sahələrini əhatə edir. Tələbələr davamlılıq prinsiplərinin üstünlük təşkil etdiyi turizm sahəsi ilə daha dərindən tanış olurlar. Onlar liderlik, idarəetmə, marketinq və strateji idarə etmə sahələrində başlıca biznes bacarıqlarını əldə edir və bu bacarıqları mədəni müxtəliflik konteksində heyətin necə idarə edilməsini öyrənməklə daha da genişləndirirlər.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar mehmanxana və kurort zonaları daxil olmaqla beynəlxalq turizm və otel idarəçiliyi sahələrində fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Politologiya

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

İxtisas-peşə hazırlığı fənləri:

-Ali riyaziyyat

-İqtisadiyyat

-Turizmdə informasiya texnologiyaları

-Turizmin əsasları

-Beynəlxalq turizmin coğrafiyası

-Menecmentin əsasları

-Marketinqin əsasları

-Mühasibat və mühasibət məsələləri

-Maliyyə və investisiyalar

-Servis fəaliyyəti

-Mehmanxana fəaliyyətinin texnologiyası

-İnsan resurslarının idarə olunması

-Turizm fəaliyyətinin hüquqi əsasları

-Turizmin nəqliyyat xidməti

-Səyahət agnetlikləri və tur operatorluq

-Bronlaşdırma sistemləri

-Turizmin iqtisadiyyatı

-Destinasiya menecmenti

-Turizm marşrutları və ekskursiya işinin təşkili

-Peşə etikası və etiket

-Turzimdə marketinq və marketinq araşdırmaları

-İkinci xarici -1

-İkinci xarici dil -2

-İşgüzar xarici dil

-Otel menecmenti

-Ekoloji turizm

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Turizm loqistikası

-Müalicə-sağlamlıq turizminin təşkili

-İstehsalçıların hüquqlarının müdafiəsi

-Tarixi və mədəni turizm

-Turizm ehtiyatları

-Aqrar turizm

-Turizm komplekslərinə animasiya

-Turizmdə reklam

-Beynəlxalq coğrafiya və s.