Uğurlu karyeranın təməli!

Vakansiya

Qərb Universiteti akademik və administrativ vəzifələrə vakansiya elan edir.

Administrativ vəzifəyə namizəd olanların magistr dərəcəsi, yaxşı yazı və şifahi ünsiyyət bacarığı, bir neçə tapşırığı eyni vaxtda və dəqiq idarə etmək bacarığı, yenilikləri öyrənməyə və professional bacarıqlarını inkişaf etməyə can atması, işində dəqiq və təşəbbüskar olması tələb olunur. İngilis dilini bilənlərə üstünlük verilir.

Maraqlanan namizədlər mövzu yerində "Administrative” yazmaqla öz CV-lərini hr@wu.edu.az ünvanına göndərə bilərlər.

Akademik vəzifəyə namizədlərə tələblər: magistr dərəcəsi, yaxşı kommunikativ və təşkilati bacarıqlar, tədris edəcəyi sahəni əla bilməli və pedaqoji bacarıqlar. Azərbaycan və Rus dillərini bilmək vacibdir. Ali məktəblərdə dərs demək təcrübəsi, elmi dərəcəlilərə və İngilis dilini bilənlərə üstünlük veriləcək.

Maraqlanan namizədlər mövzu yerində "Academic” yazmaqla öz CV-lərini hr@wu.edu.az ünvanına göndərə bilərlər.