Vergi və vergiqoyma

 

Proqram: Vergi və vergiqoyma üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Vergi və vergiqoyma üzrə magistr proqramı – müxtəlif iqtisadi riyazi metodlardan istifadə vasitəsilə fiskal siyasətdə bacarıq və bilikləri əlaqələndirən təhsil proqramıdır. Proqramın əsas məqsədləri:

-Vergi məsələlərini müəyyən etmək, tətbiq edilən müvafiq ilkin orqanı müəyyənləşdirmək, müvafiq səlahiyyətlərin təhlili və əsaslandırılmış şifahi və ya yazılı nəticə əldə olunan səlahiyyətlərini tətbiq etmək bacarığını nümayiş etdirməkdir.

-Azərbaycan Respublikasının Vergi Məcəlləsinin əsas bilik və anlayışını nümayiş etdirmək və gələcəkdə müştərilərini vergi münaqişələrində təmsil edə bilməkdir.

-vergi mütəxəssisləri üçün tətbiq olunacaq peşəkar məsuliyyət və etika standartlarına yiyələndiyini nümayiş etdirmək.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-kommersiya və qeyri-kommersiya təşkilatlarının maliyyə və vergi aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olma qabiliyyəti;

-elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;

-maliyyə-kredit sahəsində tədqiqatların aparılma mexanizminin işlənib həyata keçirilməsi, onların nəticələrinin həllini tələb edib, icmal maliyyə hesabatlarının hazırlanması üçün məlumatları hazırlama qabiliyyəti;

-tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və məsələlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;

-maliyyə-kredit sahəsi üzrə peşəkar maliyyə və vergi fəaliyyətinə aid tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib həyata keçirilməsi qabiliyyəti;

-peşəkar maliyyə və vergi fəaliyyəti üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərinin işlənib hazırlamaq qabiliyyəti;

-fiskal siyasət və vergilər üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq qabiliyyəti;

-risklərin idarə edilməsi sisteminin işlənib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə-iqtisadi risklərin aşkar edilməsi və tədqiqat aparmaq qabiliyyəti;

-maliyyə-kredit təşkilatlarının maliyyə dayanıqlılığı problemlərini tədqiq etmək qabiliyyəti.

Magistrlər mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

 Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət və özəl sektorunda fəaliyyət göstərən təşkilatlar, kommersiya şirkətləri, beynəlxalq şirkətlər və s. yerlərdə öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Mikro və makro iqtisadiyyat III səviyyə
- Maliyyə nəzəriyyələri
- Maliyyə nəzarəti və auditin metodoloji problemləri
- Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri
- Maliyyə bazarlarının müasir vəziyyəti
- Siğorta işinin nəzəri və təcrübi problemləri
- Pul-kredit tənzimlənməsinin nəzəri və praktiki aspekləri
- Maliyyə hesabatlarının hazırlanması və təhlili

Peşə hazırlığı üçün seçmə fənlər:

- Maliyyə-kredit sistemi təşkilatlarının vergiyə cəlb edilməsi
- Vergi uçotu və nəzarətinin təşkilinin nəzəri-təcrübi aspektləri
- Dövlət auditinin səmərəliliyi
- Təbii ehtiyatlardan istifadə və onların vergiyə cəlb olunması
- Müasir maliyyə-kredit institutlarının fəaliyyət istiqamtləri
- Vergi borclarının tənzimlənməsinin aktual məsələləri