Doktorantların təhsil müddətində vəzifələri

Doktorant təhsil müddətində :

  • Peşə biliklərinə dərindən yiyələnməli;
  • Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
  • Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
  • Fərdi iş planını tam yerinə yetirməli;
  • İxtisas fənnindən (həmçinin ixtisasuyğunluğunəzər alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluqimtahanlarını verməli;
  • Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
  • Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;
  • Elmi tədqiqat işini bitirməlidir.

Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün Universitetdə kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifad etmək, ezamiyyətlər, o cümlədən,xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.