Visegrad Beynəlxalq Fondu



Visegrad Fondu

Beynəlxalq Visegrad Fondu 9 iyun 2000-ci ildəVisegrad dördlük ölkələri olan Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiya Respublikası tərəfindən yaradılmış və Bratislava şəhərində yerləşən beynəlxalq təşkilatdır.

Fondun məqsədi

Fondun məqsədi regionda vətəndaşlar və qurumlar arasında, eləcə də Visegrad dördlüyü regionu və digər ölkələr, xüsusilə də Qərbi Balkan və Şərq Tərəfdaşlığı regionları arasında daha sıx əməkdaşlığın inkişafına kömək etməkdir. Fonda bir neçə qrant proqramları, fərdi təqaüdlər imkanını təqdim edir. Fond mədəniyyət, elm və tədqiqat sahələrində, gənclər mübadiləsi, qarşılıqlı əməkdaşlıq və turizmin sahələrində olan orijinal layihələrə dəstək göstərir. Daha ətraflı məlumat almaq üçün fondun veb səhifəsindən məlumat almaq olar (http://visegradfund.org).

Qərb Universiteti və Visegrad Fondu

Qərb Universiteti, Beynəlxalq Visegrad Fondunun Universitet üzrə Qrantını qazanmış ilk Azərbaycan Universitetidir. Layihə çərçivəsində Qərb Universiteti 3 il müddətində bakalavr tələbələri üçün "Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad ölkələrinin ən yaxşı təcrübələri" adlı kurs keçirdəcək.

Kursun məqsədi Visegrad ölkələrinin kiçik və orta müəssisələrin inkişafında təcrübələrini həm daxili (idarəetmə səviyyəsində), həm də xarici səviyyədə (hökumət islahatları və siyasət inkişafı) öyrənmək və bu təcrübələrin tətbiq olunması imkanlarını araşdırır. Kurs Qərb Universitetinin tədris proqramına daxil ediləcək və İqtisadiyyat, Dünya iqtisadiyyatı, Menecment, İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr proqramının 4-cü kurs tələbələri üçün əsas fənn kimi keçiriləcək.

Layihənin çərçivəsində kiçik və orta müəssisələrin inkişafı mövzusuna dair beynəlxalq seminar nəzərdə tutulur.

Həmçinin layihə çərçivəsində kiçik və orta müəssisələrin inkişafi, Biznesin İdarə edilməsi və s. sahələrində ən son dərsliklərin Qərb Universitetinin Kitabxana fondunun modernləşdirilməsi nəzərdə tutulub.

Müəllim Heyyəti

Seçilmiş qonaq müəllimlər Qərb Universitetində 3 il müddətində kursun müəyyən mövzularını tədris edəcəklər.

Dr Hab. Marta Gancarczyk

Polşa, Jagiellon Universiteti

Email: marta.gancarczyk@uj.edu.pl

Telefon: +4812 664-5669

Dr.Jiri Nesiba

Çexiya Respublikası, Nyuton Kolleci

E-poçt: nesiba@email.cz

Telefon: +72 548-8815


Əlaqə

Qərb Universiteti

Beynəlxalq Əlaqələr Ofisi

İstiqlaliyyət 27, Bakı, AZ1001

Telefon: +994 12492 74 18

Faks: +994 12492 67 01

iro@wu.edu.az