Dünya iqtisadiyyat üzrə bakalavr dərəcəsi

Proqram: Dünya iqtisadiyyatı üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Dünya iqtisadiyyatı üzrə bakalavr dərəcəsi proqramı beynəlxalq siyasi, sosial, ekoloji və iqtisadi məsələlər üzrə mərkəzləşmiş əyani tədris proqramıdır. Tələbələr mikro və makro iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə, vergilər, menecment, iqtisadi idarəetmə, bank işi və digər sahələr üzrə dərin nəzəri bilik və praktiki bacarıqlarla təmin olunacaqlar.

Proqramın məqsədi müxtəlif nəzəri yanaşmalar və praktiki məsələlərin həllində tələbələrdə tənqidi düşüncəni inkişaf etdirməkdir. Bundan əlavə, tələbələr statistik informasiyanın elektron analizində müasir metodlar üzrə təcrübə qazanırlar ki, bu da gələcəkdə həmin bilikləri praktikada tətbiq etmək imkanı yaradır. Dünya ölkələrinin qarşılaşdığı müasir iqtisadi diskussiya və çağırışlara daha əsas diqqət ayrılır.

Tələbələr dərəcə əldə etmək üçün diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar yerli və beynəlxalq idarə və təşkilatlarda, bank, sığorta və auditor şirkətlərində fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İqtisadiyyata giriş

-Mikroiqtisadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Dünya iqtisadiyyatı

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Mühasibat uçotu

-Audit

-Maliyyə

-Bank işi

-Vergilər və vergitutma

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-İşgüzar yazışmalar

-Ətraf mühitin iqtisadiyyatı

-İqtisadiyyatın tənzimlənməsi

-Beynəlxalq iqtisadiyyat

-Beynəlxalq iqtisadi hüquq

-Beynəlxalq kommersiya işi

-Gömrük işi

-Transmilli korporasiyalar

-Beynəlxalq iqtisadi təşkilatlar

-Mülki müdafiə

Peşə hazırlığı üçün seçmə fənlər:

-İşgüzar ingilis dili

-Beynəlxalq valyuta sisteminin inkişafı

-Azərbaycanın dünyaya iqtisadi inteqrasiyası

-Ölkə və ərazi loqistikası

-Özəlləşdirmə

-Riyazi məntiqi məsələlər

-Biznes əlaqələri

-Beynəlxalq bazarlar

-Dünyanın qlobal problemləri

-Geoiqtisadiyyat

-Beynəlxalq turizm

-Strateji planlaşdırma və s.