Yer quruluşu, torpaq və şəhər kadastrı üzrə bakalavr dərəcəsi

Proqram: Yer quruluşu, torpaq və şəhər kadastrı üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Bu ixtisas üzrə tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə təsirlərin qiymətləndirilməsini öyrənəcək, geodeziyada məlum olan müxtəlif koordinat sistemləri və topoqrafik xəritələr üzərində sahələrin ölçülməsi haqqında, müxtəlif miqyaslı tematik xəritələrin və topoqrafik planların müasir proqram təminatları əsasında tərtib olunması, geodeziya şəbəkəsinin yaradılması üzrə dərin biliklərə malik olacaqlar. Eyni zamanda tələbələr üçün yer üzərində müxtəlif planalma işlərinin aparılmasında istifadə olunan metodlar, ölçmələrin riyazi əsası, müasir geodeziya alətləri vasitəsilə bucaqların ölçülməsi, yüksəkliklərin təyini üsulları, nivelirləmənin metodları və s. tədris ediləcək. Bundan başqa, tələbələr müxtəlif peyklərdən alınmış məlumatların emalını həyata keçirə biləcək, peyk məlumatları əsasında müxtəlif miqyasda xəritələr tərtib edəcək və müasir yanaşmaları mənimsəməklə onlar Yer quruluşu, Torpaq və Şəhər Kadastrı sferasında dərin biliklərə malik olmaqla peşəkar mütəxəssis kimi formalaşacaqlar. Tələbələr ABŞ və Avropanın bu sahədə təcrübəsi olan şirkətləri ilə birgə işlənmiş ən müasir laboratoriyalardan, cihaz və qurğulardan, Geomatika Mərkəzinin imkanlarından yararlana biləcək, beləliklə də praktik bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübi biliklərin möhkəmləndirilməsi üçün tələbələrin bu sahədə ixtisaslaşmış yerli və xarici təşkilatlarda, şirkətlərdə təcrübə keçməsi təmin ediləcək.

Tələbələr Peyk şəkillər əsasında kadastr məsələlərinin düzgün həllini bilməklə yanaşı, həm də Coğrafi İnformasiya Sistemləri (CİS) platformasında müxtəlif sahəvi geoməlumat bazalarını qura biləcəklər. Bu ixtisasa daxil olan tələbələr istehsalata cəlb ediləcək və nəticədə, bu da onların peşəkar mütəxəssis kimi formalaşmalarına imkan verəcəkdir. Tələbələr fakültəmizin yeni yaradılmış Geomatika Mərkəzində həm Carlson, ArcGIS, QGIS, PHOTOMOD, ENVI, ERDAS IMAGINE, Pythagor və s. dünya brendləri hesab olunan lisenziyalı proqram təminatlarında və həm də, müasir GPS qəbulediciləri, elektron taxeometr, nivelir və CİS planşetlər, fotoqrammetrik stansiyalar üzərində yüksək səviyyədə işləməyi bacaracaqlar. 

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa vuran məzunlar dövlət təşkilatlarında, elmi mərkəzlərdə, müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrdə və s. fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas peşə hazırlığı fənləri:

-Ali riyaziyyat

-Fizika

-İnformatika

-Ekologiya

-Geodeziya

-Kartoqrafiya

-Fotoqrammetriya

-Torpaqşünaslığın əsasları

-Ərazinin mühəndis təchizatı

-Geoinformasiya sistemləri

-Yer quruluşunun əsasları

-Yer quruluşunun layihələndirilməsi

-Kadastrın əsasları

-Şəhər kadastrı

-Torpaq kadastrı

-Yaşayış məntəqələrinin planlaşdırılması

-Torpaq hüququ

-Yer quruluşu, kadastr işlərinin təşkili və planlaşdırılması

-Torpaq bazarı və torpaq ehtiyatlarının idarə edilməsi

-Daşınmaz əmlakın qiymətləndirilməsinin və qeydiyyatının əsasları

-Mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Yer quruluşu və torpaq kadastrının müasir problemləri

-Torpaq ehtiyatlarından istifadənin proqnozlaşdıırlması

-Torpaq üzərində hüquqların dövlət qeydiyyatı

-Yer quruluşu işlərində CİS-dən istifadə

-Aqroekologiya

-Ekoloji norma və standartlar

-Torpaq xəritələrinin tərtibi