Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi


YÜKSƏK TEXNOLOGIYALAR VƏ İNNOVATİV MÜHƏNDİSLİK MƏKTƏBİ

Kafedralar

Kürsülər

İnformasiya texnoglogiyaları və maşınqayırma kafedrası

- Kompüter elmləri kürsüsü

- Maşınqayırma texnologiyaları kürsüsü

    

         Təbiət elmləri kafedrası

- Ekologiya kürsüsü

- Kimya və Biologiya kürsüsü

- Riyaziyyat kürsüsü

- Fizika kürsüsü

 

Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi

Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi kiçik kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları” adı ilə fəaliyyətə başlamışdır.

1994-2011-ci illərdə kafedra müdiri r.ü.f.d., dos. Adilə Əli qızı Babayeva olmuşdur. 2011-ci ildən etibarən kafedraya p.ü.f.d., dos. Rəna Cavadxan qızı Hacıyeva rəhbərlik edir.

Kafedra öz fəaliyyəti dövründə T18000 - İnformatika və hesablama texnikası istiqaməti üzrə T180632 – İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və 65031 – Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinə çevrilmişdir. Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə:

  • Kompüter mühəndisliyi
  • İnformasiya texnologiyaları
  • Mexanika mühəndisliyi
  • Ekologiya mühəndisliyi
  • Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi
  • Cihazqayırma mühəndisliyi
  • Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi
  • Mexatronika və robototexnika mühəndisliyi
  • Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
  • Poliqrafiya mühəndisliyi
  • Sistem mühəndisliyi
  • Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
  • İstehlak mallarının ekspertizası və marketinqi
  • Meşəçilik
  • Yer quruluşu, torpaq və səhər kadastrı
  • Biologiya


Magistratura səviyyəsi üzrə

  • İdarəetmədə informasiya sistemləri
  • Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
  • Aqrar sahədə ətraf mühitin mühafizəsi

Doktorantura səviyyəsi üzrə

  •  Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün Məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan laboratoriyalar, maşınqayırma, robototexnika, mexatronika, fizika, kimya, elektronika laborotoriyaları, poliqrafiya və kompüter, geomatika, genetika və. s laboratoriyalar Azərbaycan, ingilis, rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur. Məktəbdə tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Fakültənin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir. Qeyd etməliyik ki, fənləri tədris edən müəllimlərin əksəriyyəti beynəlxalq məkanda tanınan ekspertlərdir. Tələbələr beynəlxalq layihələrdə müxtəlif vəzifələrdə çalışan ekspertlərdən xüsusi təlimlər keçməklə gələcəkdə müxtəlif mövzuda layihələri icra edə biləcəklər. Fakültədə qurulmuş mexanizmə əsasən tələbələr müxtəlif layihələrə cəlb olunurlar və onlar peşəkar mütəxəssislərlə bir yerdə çalışırlar ki, bu da onların mütəxəssis kimi formalaşmalarına müsbət təsir edir. Qeyd edək ki, həmin əməkdaşlar Dünya Bankı, Səudiyyə İnkişaf Fondu, Avropa Birliyi, Fransa, Almaniya, Avstriya, Türkiyə və bir sıra qabaqcıl ölkələrin beynəlxalq layihələrində yaxından iştirak edən ekspert heyətidir.

2017-ci ildən Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin təşkil olunması ilə əlaqədar olaraq aşağıdakı kürsülər (kafedralar) yaradılmışdır: Kompüter elmləri, Maşınqayırma texnologiyaları, Ekologiya, Fizika və riyaziyyat, Kimya və biologiya kürsüləri.

Məqsədimiz və missiyamız

Respublikamız və onun hüdudlarından kənarda ən müasir biliklərlə silahlanmış və bu bilikləri təcrübədə uğurla tətbiq etməyi bacaran yeni nəsil mühəndis kadrlarının yetişdirilməsidir.