Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili


Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi üzrə bakalavr dərəcəsi proqramı çərçivəsində tələbələrə riyazi qayda və qanunların tətbiqi, nümunənin fəzada qrafiki təsviri, avadanlıqların layihə-qrafik sənədlərinin, texniki qrafiklərin işlənməsi və oxunması, texniki sxemlərin və cizgilərin tərtibat qaydaları, bina və qurğuların konstruktiv hissə və düyünlərinin möhkəmliyə, sərtliyə və dayanıqlığa hesablanma metodları, hesablama üçün model və alqoritm qurulmasının ümumi prinsipləri, memarlıq, inşaat və tikinti işlərinin aparılması texnologiyası, xüsusilə inşaat materiallarının və konstruksiyaların inkişaf perspektivlərinin əsas istiqamətləri tədris olunur. Tələbələrdə inşaat sahəsində elm və texnikanın inkişaf və nailiyyətlərini araşdırmaq, müasir informasiya texnologiyalarından istifadə etmək, inşaat sahəsində konkret problemləri həll etmək üçün ehtimal modelləri tərtib etmək, müvafiq hesablamalar aparmaq qabiliyyətləri və s. inkişaf etdirilir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar sənaye və mülki tikintinin bütün sahələrində, şəhər kommunal təsərrüfatının müxtəlif sahələrində, elmi-tədqiqat və layihələndirmə institutlarında, özəl firma və şirkətlərdə fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Ali riyaziyyat

-Fizika

-Kimya

-Tərsimi həndəsə və mühəndis qrafikası

-İnformatika

-Mühəndisi geodeziya

-Nəzəri mexanika

-Materiallar müqaviməti

-İnşaat materialları

-Hidravlika və hidravliki maşınlar

-Hidrologiya

-Ekologiya

-İnşaat mexanikası

-Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma

-Əmək mühafizəsi

-Tikintinin iqtisadiyyatı

-Mühəndisi geologiya və qrunt mexanikası

-Qurğuların sınağı və zəlzələyə davamlılığı

-Elektrik təchizatı

-Binanın sanitar texniki avadanlığı

-İstilik texnikası

-İnşaat konstruksiyası

-Memarlıq

-İnşaat istilik fizikası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Neyrokompüterlər

-Kompüter qrafikası və multimedia

-Materialşünaslıq

-Maşın avadanlıqları

-CİS sistemlər

-Riyazi məntiqi məsələlər

-İntellektual sistemlər və s.