06.07.2010 | Diqqət! Abituriyentlərin nəzərinə!
“Abituriyent - 3” jurnalının 14-cü səhifəsində texniki səhv buraxılmışdır. Düzəlişə əsasən, belə oxunmalıdır:
|
57253 |
Jurnalistika |
DT |
Əyani |
2340 AZN |
|
57278 |
Regionşunaslıq (Qərb ölkələri) |
XH |
Əyani |
3400 AZN |
19.05.2010 | Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfranslar.
Qərb Universitetinin «Siyasi elmlər» fakültəsinin tələbəsi Tağıyev Kənan Söhrab oğlu 04 may 2010-cu il tarixdə Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Azərbaycan Respublikasında ekologiyanın müasir iqtisadi vəziyyəti və yaxşılaşdırılmasının əsas istiqamətləri (iqtisadi məsələlər)» mövzusunda keçirilmiş konfransda fəal iştirak etmiş, sertifikat və diplomla təltif edilmişdir.
Daha ətraflı>>>
30.04.2010 | XV Tələbə Elmi Konfransı.
Hər il bir ənənə olaraq, Azərbaycan xalqı özünün ləyaqətli oğlu görkəmli dövlət və ictimai xadim, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasını qeyd edir. Bu münasibətlə Azərbaycanın hər yerində müxtəlif yığıncaqlar, konfranslar, sərgilər və konsertlər keçirilir. 29 aprel 2010-cu il tarixində saat ll:00-da Qərb Universitetində keçən - XV Tələbə Elmi Konfransı Ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunub. Konfransın ümumi iclasının açılışını professor Fikrət Sadıqov elan edti. Tədbirdə professor Qüdrət Əbdülsəlimzadə, universitetin müəllim və tələbə heyəti, məzunları, Respublikanın bir neçə aparıcı universitetlərinin tələbələri iştirak etdilər. Konfrans işi 3 bölmə üzrə davam olundu:
-
bölmə. Siyasi Elmlər
-
bölmə. İqtisadiyyat, hüquq
və informasiya sistemləri
-
bölmə. Humanitar Elmlər və
fılologiya
18.04.2010 | Tələbələrin işlərindən ibarət sərgi.
17 aprel 2010-cu il saat 13:00 Qərb Universitetində “Kompüter Elmləri və Dizayn” fakültəsi tələbələrin “Exhibition Fashion-Photo-Graphic-Paint ” adlı işlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə III kurs tələbələri – Nadiya, Qəribə, Sevil, Fuad, İndira, Könül, Yana, Ziba, Hökümə və IV kurs tələbəsi – Nigarın işləri nümayiş etdirilmişdir. Sərgi böyük uğurla keçmiş, çoxsaylı qonaqlar müəlliflərə öz təşəkkürlərini bildirmiş və gələcək yaradıcılıqlarında uğurlar arzu etmişdir.
>>Qalereyaya keçid<<
08.04.2010 | NATO ayı.
NATO-nun 61-cı ildönümü ilə əlaqədar olaraq “NATO Əməkdaşlıqn İnstitutu” NATO-ya üzv dövlətlərin Azərbaycandakı səfirlikləri ilə bərabər aprel ayını Azərbaycanda NATO ayı élan etmişdir.Bununla bağlı respublikamızın idarə və müəssisələrində, tədris ocaqlarında müxtəlif tədbirlər keçiriləcəkdir.Aprelin 7-də saat 11:00da Qərb Universitetində keçirilən görüş həmin tədbirlər silsiləsinin bir həlqəsidir.
Daha ətraflı>>>
31.03.2010 | 31 Mart - Rəsm Müsabiqəsində.
31 Mart 2010-cu il tarixində Təhsil Nazirliyi tərəfindən keçirilən azərbaycanlıların Soyqırım gününə həsr olunmuş rəsm müsabiqəsində Qərb Universitetinin “Komputer elmləri və dizayn” fakültəsinin I kurs tələbəsi Qafarova Səbinə III yerə layiq görülmüşdür.Buna görə o,Təhsil Nazirliyi tərəfindən diplomla və xüsusi hədiyə ilə təltif olunmuşdur.
30.03.2010 | 31 Mart – Azərbaycanlıların Soyqırımı Günu.
Qərb universitetində 30 mart 2010-cu il saat 13:00 da “31 Mart Soyqırımına” həsr olunmuş tədbir keçirildi . Universitetin konfrans zalında keçirilən tədbirdə ilk çıxışı universitetin tarix müəllimi professor Cəbi Bəhramov etdi . Sonra bu mövzu ilə bağlı tələbələr öz fikirlərini çatdırdılar . Sonda isə “Hümanitar fənlər” kafedrasının müəllimi Rauf İsmayılov tədbir iştirakçılarını tələbələrin 31 mart soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış etdi.
18.03.2010 | Qərb universitetində “Novruz” sevinci.
Bu il Novruz bayramı hər yerdə olduğu kimi Qərb universitetində də təntənəli şəkildə qeyd olundu . 18 mart 2010-cu il tarixində qeyd olunan bu tədbirin rəsmi hissəsində əvvəlcə bir neçə tələbə milli bayramımızın tarixi haqqında öz fikirlərini bildirdilər . Sonra isə tədbirin əyləncə hissəsi başladı . Universitetin tələbələri bir çox milli rəqslərlə , tamaşalarla və kino qəhrəmanlarını canlandırmaqla tamaşaçılara müsbət təəssürat bağışladılar.
Daha ətraflı>>>
22.01.2010 | 22.01.2010 | Xanım Anne-Marie Lizin ilə görüş.
22 Yanvar 2010-cu ildə saat 11:20-də Belçika Senatının Fəxri Prezidenti xanım Anne-Marie Lizin Qərb Universitetinin qonağı olmuşdur. O, 1979-1988-ci illərdə Avropa Parlamentinin, 1992-1988-ci illərdə Belçika Hökümətinin üzvü və Avropa Əlaqələri üzrə Dövlət Katibi olmuşdur.
Daha ətraflı>>>
21.01.2010 | Cənab Valter Fust ilə görüş.
Yanvar ayının 21-də saat 11:20-də Qlobal Humanitar Forumunun icraçı direktoru cənab Valter Fust Qərb Universitetinin qonağı olmuşdur. BMT-nin İctimai İdarəetmə qrupunun ekspertidir.UNESCO-nun Komunikasiyaların Inkişaf etdirilməsi Proqramının rəhbəridir. O cümlədən, Isgəndəriyyə Kitabxanasının
Daha ətraflı>>>
12.01.2010 | And dağlarına ilk Azərbaycan elmi-idman ekspedisiyası!
Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun rəhbərlik etdiyi And dağlarına (Argentina)ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək ekspedisiyanı başa vurmuşdur. Ekspedisiya And dağlarının....
Daha ətraflı>>>
15.12.2009 | Dəyirmi masa.
Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar olaraq Qərb Universitetində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 2009-cu ilin dekabr ayının 15-də Qərb Universitetində “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. >>>Galereya<<<
18.09.2009 | Polşa Respublikasının keçmiş Birinci xanım ilə goruş.
Polşa Respublikasının keçmiş Birinci xanımı (1995-2005), “Communication Without Barriers” Fondunun Prezidenti və Təsisçisi, Hüquqşunas Xanım Jolanta Kvasnevskaya 18 Sentyabr 2009 cu ildə Qərb Universitetinin Fəxri Professoru adına layiq görülmüşdür. Tədbirdə Xanım “Qeyri Hökumət
Daha ətraflı>>>
18.08.2009 | Birinci Azərbaycan Afrika ekspedisiyası.
10 avqust 2009-cu il tarixində Qərb Universitetinin təsisçisi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti, professor Hüseyn Bağırovun başçılıq etdiyi I Azərbaycan Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə istiqamət götürmüşdür. Daha ətraflı>>>
10.08.2009 | Azərbaycan ilə Latviya arasinda təhsil sahəsində əməkdaşliq genişlənir.
Avqustun 10-da Qərb Universitetində “Azərbaycan-Latviya Biznes Forumu” çərcivəsində “dəyirmi masa” keçirilmişdir.Tədbirdə ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir.Qərb Universitetinin rector əvəzi Zenfira Məmmədova öz çıxışında universitetdə qazanılan uğurlardan, onun beynəlxalq əlaqələrindən qeyd etmişdir.Qərb Universitetinin Boloniya prosesinə qoşulduğunu xatırladan Zenfira xanım qeyd etmişdir ki, 20-dən çox ixtisas üzrə mütəxəssis hazırlanan bu ali məktəbdə kredit sistemi tətbiq olunur.Daha sora Latviyanın “Turiba”Menecment məktəbinin prorektoru İmantz Berqs təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.Hər iki tərəf gələckədə təhsilin inkişafı ,qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparmışdır.
25.05.2009 | “Qız Qalası” - Beynəlxalq Müasir İncəsənət Forum.
“Qız Qalası “- Beynəlxalq Müasir İncəsənət Forumunun təşkil edilməsində əsas məqsəd, sənət adamların beynəlxalq əməkdaşlığının möhkəmlənməsi və dərinləşməsi idi.Bugünki qlobal incəsənətin əsas xarakterik cəhətlərindən biri də, yaradıcılıq konsepsiyalarının və eyni zamanda Daha ətraflı>>>
01.05.2009 | XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovla görüş.
2009 cu il aprelin 30-da Qərb Universitetində Ümummilli Lider Heydər Əliyevin 86-cı ildönümü münasibətilə Azərbaycan Respublikası XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun “Azərbaycanın xarici siyasətinin və diplomatiyasının əsas prioritetləri və xüsusiyyətləri” mövzusunda universitetin professor-müəllim heyəti ilə görüşü keçirildi. Daha ətraflı>>>
16.04.2009 | “Almanlar Azərbaycanda” beynəlxalq elmi-praktik konfrans.
Almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş “Almanlar Azərbaycanda” beynəlxalq elmi-praktik konfrans 6-7 aprel 2009-cu ildə Bakı Slavyan Universitetində, davamı isə 12 aprel 2009-cu ildə Göygöl rayonunda keçirilmişdir. Bu beynəlxalq tədbirdə Qərb Universitetinin müəllimi Həşimov Davud Daha ətraflı>>>
03.04.2009 | ÜTT Katibliyinin rəsmisi professor John HANCOCK-la görüş!
Azərbaycan Respublikasının Diplomatik Akademiyası tərəfindən Xarici İşlər Nazirliyinə yeni işə qəbul olunmuş gənc diplomatlar üçün «Beynəlxalq Ticarət Münasibətləri və Diplomatiya, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və onun əsas prinsipləri» mövzusunda 30 mart - 3 aprel tarixində Bakıda müvafiq təlim kursu təşkil olunur. Bununla əlaqədar XİN ÜTT Katibliyinə müraciət etmiş və ÜTT Katibliyi Azərbycana göstərilən texniki yardım çərçivəsində iki nümayəndəsini Bakıya ezam etmişdir.Aprelin 3 - ü saat 15:00-da Qərb Universitetinin tələbə və müəllim - professor heyəti qarşısında ÜTT Katibliyinin rəsmisi professor Daha ətraflı>>>
14.03.2009 | Qərb Universiteti - Beynalxalq forumun iştirakçısıdır.
16 -19 mart 2009-cu il tarixlərində Bakıda Azərbaycan Respublikasının Mədəniyyat və Turizm Nazirliyi, Azərbaycan memarlıq və İnşaat Universiteti və Romualdo del Bianko Fondu (Florensiya, İtaliya) ilə birgə «Baki-İslam Mədəniyyətinin Paytaxtı - 2009» çərsivəsində tələbə və gənc memarlar üçün keçirilən «Ənənə və İslam memarlığı» mövzusunda «Dərəcə və ixtisas» adlı Beynalxalq festivalda Qərb Universiteti də iştirak edəcək.Qərb Universitetinin tələbəsi Leyla Şirəliyeva «Qərb Universitetinin tələbə şəhərciyi»mövzusu üzrə layihəsi ilə iştirak edəcək.Bu layihə islam mədəniyyətinin təhsil sisteminə xas olan, müasir memarlıq üslubunda həll olunub.Eyni zamanda «Humanitar fənlər» kafedrasının professoru Siyavuş Dadaşov «Memarlıq formasının quruluş dili» adlı mühazirəsi ilə çıxış edəcək.
03.03.2009 | Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kyu Lvang Çul ilə görüş.
Dünya boyunca tüğyan etməkdə olan qlobal maliyyə böhranı bu günün ən mühüm problemi kimi hər bir şəxsin maraq mərkəzindədir.03 mart 2009-cuil tarixdə Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kyu Lvang Çul Qərb Universitetinin tələbə və mhəllim heyəti qarşısında «Dünyadakı iqtisadi böhran və gələcək perspektivlər» mövzusunda mühazirə oxudu. Mühazirənin sonunda Kyu Lvang Çul tələbə və müəllimlərin suallarına cavab verdi.
09.02.2009 | Devid Plaffla görüş.
2009-cu il fevral ayının 9-da saat 12:30-da Qərb Universitetində ABŞ prezidenti B.Obamanın 2008-ci il prezident seçkiləri kampaniyasının rəhbəri olmuş D. Plaffla görüş keçirilmişdir. D. Plaff 2 saat davam etmiş tədbirdə «Müasir informasiya texnologiyalarının seçki kampaniyalarına inteqrasiyası» mövzusunda mühazirə oxumuş, müəllim və tələbələrin suallarını cavablandırmışdır. Görüşdə Qərb Universitetinin 150 nəfərlik professor-müəllim və tələbə heyəti iştirak etmişdir. Qonaq verilən sualları yüksək qiymətləndirərək, onları dolğun cavablandırmışdır. Tədbirin sonunda qonağa Qərb Universiteti adından xatirə hədiyyəsi təqdim olunmuşdur.
27.01.2009 | Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk “Azərbaycan-Antarktida” ekspedisiyası uğurla başa çatdı!
2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq 2009-cu il yanvar ayının 26-da Cənub qütbünə Daha ətraflı>>>
22.01.2009 | İlk “Azərbaycan-Antarktida” ekspedisiya qrupunun Cənub qütbünə yürüşü davam edir
Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə qalxdıqdan sonra Cənub qütbünə doğru irəliləməkdə davam edir. Ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi Daha ətraflı>>>
13.01.2009 | Ilk Azərbaycan Antarktida ekspedisiyası!
25.12.2008 tarixində Bakını tərk edən Prof. H.Bağırovun başçılıq etdiyi Azərbaycan Antarktida ekspedisiyası Çilinin Patriot- Xills stansiyasına gəldi. 12 gün ərzində ekspedisiya elmi-tədqiqat işlərini həyata keçirdi Daha ətraflı>>>
02.10.2008 | Məlahət Həsənova ilə görüş
Yüksək ixtisaslı mütəxəssislər hazırlamaq, cəmiyyət üçün layiqli kadrlar yetişdirmək üçün Qərb Universitetində daim ictimai-siyasi yönümdə faydalı işlər görülür. Bu işlər sırasında elmi-praktiki seminar və Daha ətraflı>>>