Millət vəkili Məlahət Həsənova ilə görüş.
Yüksək ixtisaslı mütəxəssislər hazırlamaq, cəmiyyət üçün layiqli kadrlar yetişdirmək üçün Qərb Universitetində daim ictimai-siyasi yönümdə faydalı işlər görülür. Bu işlər sırasında elmi-praktiki seminar və konfransların, tanınmış elm və siyasi xadimlər ilə və millət vəkilləri ilə görüşlərin keçirilməsi diqqətəlayiqdir. Belə ki, bunlar informasiya mühitinin genişləndirilməsinə, ölkədəki mövcud ictimai-siyasi mühitin və iqtisadi səviyyənin təhlil edilməsinə, gənclərin əsl vətəndaş kimi formalaşmasına, dövlətimiz və xalqımız barədə məlumatların tam və dolğun formada açıqlanmasına imkan verir.
2008-ci ilin oktyabr ayının 2-də saat 10:00-da Qərb Universitetində millət vəkili Məlahət Həsənova ilə “Müasir Azərbaycan dövlətçiliyi” mövzusunda görüş keçiriləcəkdir.
|