
Bu günlərdə Qərb Universitetinin akt zalında qarşıdaki seçkilərə, onun daha mütəşəkkil şəffaf keçirilməsi üçün universitet kollektivi qarşısında duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə professor Zahid Qaralov, professor Şahlar Əsgərov, millət vəkili, Gənglər Təşkilatı Milli Şurasının sədri Fuad Muradov, AMEA Tarix İnstitunun direktor muavini, tarix elmlər namizədi Cəbi Bəhramov, professor Fikrət Sadıqov, sənətşunaslıq doktoru, professor Amaliya xanım Pənahova, institutun tələbə gənclər təşkilatının sədri Günel Abdullayeva, YAP Sabail rayon təşkılatının idərə heyyətinin üzvü Rizvan Vahabov, Azərbaycan Gürcüstan Respublikasındaki sabiq səfiri Hacan Haciyev və başqaları öz çıxışlarında vurğuladılar ki, seçkilər tam şəffaf və demokratik keçiriləcək. Bunu çoxsaylı xarici müşahidəçilərin ilkin rəyləri də təstiqləyir. Bütün bunlar Azərbaycanda yaradılan demokratik ab-havanın, cəmiyyatimizin demokratikləşməsinin əyani təzahürüdür.

|