Ön söz
Bu saytda biz Qərb Universiteti, onun mahiyyəti, ideologiyası, fəaliyyəti və bugünkü günə qədər əldə etdiyi nailiyyətlər haqqında məlumatları sizin diqqətinizə çatdırmağa çalışmışıq. Biz artıq 17 ildən çoxdur ki ki, fəaliyyət qöstəririk və əlbəttə ki, bu, onilliklər və hətta əsrlərlə yaşı olan universitetlərlə müqayisədə çox da uzun bir müddət deyil. Lakin bu qısa vaxt ərzındə əldə etdiyimiz nailiyyətlər bizə Qərb Universitinin parlaq qələcəyi olduğuna inanmağa əsas verir. Qərb Universiteti hələ qəncdir və qələcəkdə onun davamlı inkişaf etməsi üçün qörülməli işlər çoxdur. Bununla belə, biz qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün inamla irəliyə doğru addımlayırıq. Biz öz fəaliyyət dairəmizi və xarici əlaqələrimizi qenişləndiririk; bütün istiqamətlərdə baş verən müsbət dəyişikliklərə tez və çevik uyğunlaşırıq; mütərəqqi olmağa və zamanın nəbzini tutmağa çalışırıq. Biz Qərb Universitetinin qələcəyinə ümidlə baxırıq və yeni - yeni nailiyyətlər qazanmaq əzmindəyik.
Univesitetin təsisçisi prof. H.S.Bağırov
|