Magistratura
1996-ci ildə TASIC proqramı çərçivə-sində magistratura təsis edilməklə Qərb Universiteti Azərbaycanda magistr səviyyə-sində professional təlim təklif edən ilk uni-versitetlərdən biri oldu. Magistr proqram-ları tələbələrin müxtəlif ictimai və özəl xid-mətlər sahəsində karyera inkişafı üçün tələb olunan bilik və qabiliyyətlərini artırmaq məqsədilə yaradılmışdır.
Son 5 ildə Universitetdə təhsil alib magistraturanı bitirmiş tələbələrin dinami-kasının təhlili göstərir ki, ölkəmizdə iqtisadi sahələrdə aparılan islahatlar siyasi və icti-mai inkişafa təkan verir. Bu isə öz növbəsində yüksək ixtisaslı kadr hazırlığını tələb edir. Bu cür qlobal problemin həlli üçün Qərb Universitetində ənənəvi iqtisadiyyat istiqamətləri ilə yanaşı politologiya, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, ekoloji menecment və sabit inkişaf, xarici dil və digər ixtisaslar üzrə magistrların hazırlığı başlamışdır.
Mühüm məsələlərdən biri kadr hazır-lığını həyata keçirmək üçün istiqamətlər üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların cəlb edilməsidir.Tədris prosesində müəllim-professor heyəti çoxsaylı informasiya təminatını təc-hiz edən avadanlıq və texnikadan, müxtəlif əyani vəsaitlərdən istifadə edirlər. Bu işdə olanların aldıqları təhsil də yardımçı rolunu oynayır. Belə ki, öz işlərinə sadiq olan peşəkar mütəxəssis və təcrübəli alimlərin çoxu öz elmi dərəcələrini Avropa ölkələrində və ABŞ-da almışlar. Bundan əlavə müəllim heyətinin tərkibində ABŞ-dan, Böyük Britaniyadan, Fransa, Almaniya və Kanadadan dəvət olunmuş xarici müəllimlər, mədəniyyət xadimləri, jurnalistlər, iş adamları da vardır.
Qərb Universitinin kitabxanası magis-trlərın ixtiyarına verilmişdir. Kitabxanada onlara müxtəlif formatlarda-kitablar, CD-lər, jurnallar, video və audio yazılar, rəqəmli məlumat bazarları və internet-bilik informasiyalar təklif edilir.Kompüter mərkəzi universitetin ma-gistrlərini elmi-tədqiqat və tədris məqsədləri üçün kompüter və internet xidmətləri ilə təmin edir. Mərkəzin kompüter laboratoriyasindaki personal kompüterlər uyğun proqramlarla təchiz olunub. Universitetin bütün əməkdaşları ilə yanaşı magistrlər mərkəzin təklif etdiyi imkan və xidmətlərdən istifadə edə bilirlər.
Bunlardan əlavə bəzi fakütələrin nəzdində ixtisaslaşdırılmış laboratoriyalar var ki, bunlar da tələbələrə Corel Draw, Photo Shop, Auto Cad və s. kimi spesifik proqramlarla işləmək imkanı yaradır.Magistrlərımız Universitetin həyatın-da daha çox fəal iştirak edirlər. Belə ki, onlar universitetdə keçirilən müxtəlif mədəni və ictimai tədbirlərdə iştirak edir, istər respublika ali məktəbləri arasinda keçirilən, istərsə də beynəlxalq intelektual və iqtisadi oyunlarda, olimpiyadalarda iştirak edərək nailiyyətlər əldə etmişlər.
Proqramın qısa şərhi
Qərb Universitetinin IIM (İşgüzar İnzibatçılıq üzrə Magistr təhsili) proqramı biznes, hökümət və digər təşkilatların professional idarə edilməsində mühüm mövqe tutacaq şəxslər hazırlayır. Qərb Universitetinin IIM-in bitirən şəxslər bir sıra yüksək peşə seçimi ilə təmin olunurlar.1999-cü ildən etibarən ABŞ dövləti tərəfindən maliyyələşdirilən və ABŞ-ın Bluminqton şəhərinin İndiana Universiteti ilə birgə Qərb Universitetinin İctimai İnzibatçılıq üzrə 3 ili əhatə edən Magistr təhsili proqramı işləyib hazırlanmışdır.
Bundan əlavə Qərb Universiteti aşağıda adı çəkilən ixtisaslar üzrə magistr proqramlarını: Hüquq üzrə (Avropa hüququ, Nəqliyyat hüququ, Neft hüququ), politologiya üzrə magistr. Regionşünaslıq üzrə magistr, beynəlxalq münasibətlər və diplomatiya üzrə magistr, dizayn üzrə magistr, informasiya texnolo-giyası üzrə magistr, ingilis filologiyası üzrə magistr, jurnalistika üzrə magistr təklif edir.Magistr dərəcəsini almaq üçün nəzərdə tutulan proqram intensiv xarakter daşıdığından namizədlərə bu proqram üzrə təhsilinə başlamazdan əvvəl artıq ingilis dilini yaxşı bilmələrini vacib hesab edir.
Tələbələrin biliklərinin qiymətləndirilməsi
Tələbələrin bilikləri kurs işləri, esse, semestrarası aparılan testlər, proyektlər və sual-cavab yolu ilə qiymətləndirilir. İmtahanlar hər modulun (semestrin) axırında keçirilir.
Təhsil haqqı
Universitetin mühasibat şöbəsinə təhsil haqqı üçün müvafiq məbləğ ödənildikdən sonra tələbələr öz kursuna başlaya bilərlər. Təhsil haqqı əvvəlcədən sentyabr ayında Universitet tərəfindən qeydiyyata alındıqdan sonra bütün akademik il üçün ödənilir.
Daxil olma qaydaları
Bakalavr pilləsini bitirən, orta səviyyədə İngilis dili biliyinə malik olan, tədqiqat aparmaq bacarığı olan hər bir Azərbaycan vətəndaşı Qərb Universitetinin Maqistr pilləsinə daxil ola bilər. Xarici vətəndaşlar isə kontrakt əsasında IIM pilləsinə daxil ola bilərlər. Magistr pilləsində nəzərdə tutulan təhsil proqramının müddəti 2 ildir. Birinci mərhələdə dərslər həftədə 5 dəfə olaraq qündə 4 saat keçirilir.
Maqistr pilləsi üçün nəzərdə tutulan proqram:
- Bank menecmenti
- Beynəlxalq biznes
- Biznesin təşkili və idarə edilməsi
- İqtisadiyyatın hüquqi tənzimlənməsi
- Beynəlxalq iqtisadi münasibətlər
- Maliyyə və kredit
- Dünya siyasi proseslərin və beynəlxalq əlaqələr nəzəriyyəsi
- Dünya siyasətində proqnozlaşdırma
- Dünya siyasi proseslərin tarixi
- Regionşünaslıq (qərbşünaslıq)
- Xarici dil və ədəbiyyat
- Tərcümə (inglis dili)
- Sistem proqram təminatı
- Beynəlxalq münasibətlər
- Dizayn(interyer, qobelen, qrafika)
- Turizm və mədəni servis xidməti
|