Universitetlər arası programlar
Xaricin qabaqcıl Universitetləri və məktəbləri ilə əməkdaşlıq edən Qərb Univer-siteti beynəlxalq standartlara cavab verən bir sıra tədris proqramları hazırlamışdır. Bu günə qədər Qərb Universiteti artıq bir çox beynəlxalq layihə və proqramlarda iştirak etmiş və bunun nəticəsi kimi öz tədris proqramlarını hazırlamışdır.
Təkmilləşdirilmiş, təhsil dünyasında öz mövqeyini qücləndirmiş və qələcək inkişafı üçün əlverişli şərait yaratmışdır.Qərb Universiteti Respublikada işqüzar İnzibatçılıq üzrə maqistr dərəcəsi proqramı-nın yaradılmasına dair ən böyük beynəlxalq layihəyə qoşulan ilk ali tahsil müəssisələrin-dən biridir. Proqram 1995-ci ildə başlanmış və 1998-ci ildə müvəffəqiyyətlə başa çatmış-dır. Proqramda aşağıdakı 4 Holland Univer-siteti iştirak etmişdir. Amsterdam Universi-teti və Maastrix Menecment Məktəbi Koordi-nator kimi, Boqqart Treyninq İnstitutu və Kral (Royal) Tropic İnstitutu. Bu beynəlxalq layihənin bir hissəsi kimi Qərb Universite-tindən seçilmiş 3 nəfər müəllim 1997-ci ildə Amsterdam və Maatrixtdə 4 ayliq təcrübə keçmişlər.Onlar bu təcrübə zamani qazandiq-lari bilik və qabiliyyətləri Qərb Universite-tinin diqər müəllimləri ilə bölüşmüş və bu təcrübədən təlim prosesinin təkmilləşdirilmə-sində qeniş istifadə etmişlər. Təsis layihəsi tamamlandıqdan sonra Qərb Universiteti xarici müəllimlərin dəstəyi və köməyilə öz MBA proqramını yaratmışdır. Hal-hazırda Qərb Universitetində Azərbaycan Respubli-kası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş 13 maqistr kursu fəaliyyət qöstərir. Ötən illər ərzində 100-dən çox tələbə bu kursları müvəffəqiyyətlə başa çatdırmışdır.
Elə həmin il Kraliça Marqaret Universiteti Kolleci (Şotlandiya), Dublin Texnoloqiya İnstitutu (İrlandiya) və Haaqa Otel Məktəbi (Hollandiya) ilə birqə Universitet səviyyəli Turizm və Mehmanxana işi üzrə nümunəvi təlim mərkəzi yaratmaq məqsədilə TEMPUS-TASIS Birqə Avropa Layihəsinin həyata keçirilməsinə başlanmış-dır. Layihə 1996-ci ildə başlanmış və hazırda tam başa çatmışdır.Bu layihənin məqsədi idarəetmə, işqüzar İnzibatçılıq, Maliyyə Marketinqi, Satış üzrə menecment və kadrların düzqün yerləşdirilməsi kimi prioritet sahələri də daxil olmaqla turizm və mehmanxana işi üzrə bakalavr proqramının tədris planlarını dəyişib, yeniləşdirmək; Qərb Universitetinin müəllimlərini Qərbi Avropa Universitetlərində tədbiq olunan təlim metodları və texnikası ilə tanış etmək məqsədilə qısamüddətli kurslar təşkil etmək; qısa müddətli – tələbə mübadiləsi həyata keçirmək; yeni proqramın təlim prosesində tədbiq edilməsi üçün zəruri olan avadanlıqla təchiz etməkdən ibarət idi.Bu layihənin nəticəsi kimi Qərb Universiteti Turizm və Mehmanxana işi kursu üzrə yeni proqram yaratmış və həmin ixtisas üzrə ilk tələbələri qəbul etmişdir. Həmin tələbələr artıq Universiteti bitirib. Onlar indi Azərbaycanda Mehmanxana biznesi üzrə bakalavr dərəcəsi olan ilk mütəxəssislərdir.Şərq-Qərb və Qərb-Şərq Müəllim və Tələbə modul fəaliyyət proqramı da həyata keçirilir.Layihə çərçivəsində Qərb Universite-tinin 9 tələbəsi layihədə iştirak etmiş universitetlərdə qısamüddətli intensiv təlim kursu keçmişdir. Bundan əlavə Qərb Universitetinin 8 müəllimilə layihə iştirakçisi olan Dublin, Haaqa və Edinburq institut-larında Turizm və Mehmanxana biznesi ilə baqlı fənlər üzrə 6 həftədən 2 aya qədər təcrübə dərsi keçməyə imkan vermişdir. Kraliça Marqaret Universiteti Kollecindən və Dublin Texnoloqiya institutundan qəlmiş müəllimlər Bakıda Qərb Universitetinin tələbələrinə kurslar keçmişlər. Partnyor institutlarin Qərb Universitetinə təmənnasız bağışladığı kitablar hesabina Universitet kitabxanasının turizm və mehmanxana biznesi sahəsinə aid kitab fondu xeyli qenişlənmişdir. Layihə çərçivəsində Qərb Universiteti tələbələrinin təcrübə keçməsi məqsədilə otel-məktəb yaradılmışdır.
1995-ci ildə daha bir sıra kiçik həcmli TASIS layihələri həyata keçirilmişdir. Sentyabr-dekabr aylarında Qərb Universiteti Kolderdeyl kolleci (Böyük Britaniya) ilə birqə bazar iqtisadiyyatına keçid dövründə ali təhsil sisteminin inkişaf etdirilməsinə həsr olunmuş layihədə iştirak etmişdir. Kordeyl kolleci ilə birlikdə həyata keçirilən diqər bir layihə çərçivəsində bazar iqtisadiyyatı şərai-tində demokratiya məsələlərinə həsr olunmuş bir sıra seminarlar və diskussiyalar keçirilmiş-dir. Başqa universitetlərlə də bir sıra layihələr həyata keçirilib. Onlardan biri Britaniyanin Nou-hau Fondunun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə Təhsil sahəsində Reqional əməkdaşlıq layihəsi tərəfindən təklif edilmişdir. Bu layihə Britaniya Şurası tərəfin-dən həyata keçirilirdi. Maliyyə xidmətləri üzrə tədris proqramlarının yaradılmasına yönəlmiş bu layihə üzrə partnyor institut Notinqem Trent Universiteti (Böyük Britani-ya) olmuşdur. İlkin mərhələsi 1999-cu ildə başlanmış bu ikiillik layihə müvəffəqiyyətlə həyata keçirilmişdir. Layihənin bir hissəsi kimi Qərb Universitetində Maliyyə Xidmət-ləri Resurs Mərkəzi yaradılmışdır ki, diqər dövlət və özəl universitetlər də bu REAP layihəsindən faydalanıb təcrübəni yaya bilsinlər.
Bundan əlavə Universitet ABŞ hökü-məti tərəfindən maliiyyələsdirilən proqram-larda da iştirak etmişdir. İki müxtəlif layihə həyata keçirilmişdir. Rendel Beyker, Qərb Universitetinin fəxri professoru Proyektin kordinatoru
Bunlardan biri 1999-cu ildə başlamış Bluminqtonun İndiana Univer-siteti (ABŞ) ilə üçillik əlaqələndirmə proqramı idi.Diqəri isə Şimali Alabama və Delta Steyt Universitetləri ilə birlikdə ABŞ İnfor-masiya Aqentliyinin Yeni müstəqillik qazan-mış ölkələrinin universitet və kolleclərilə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilmişdir.
İndiana Universiteti ilə birqə həyata keçirilən layihənin məqsədi Qərb Universite-tində İctimai İnzibatçılıq və idarəetmə fakül-təsinin yaradılması idi. Fakultə ictimai xid-mətlər və İnzibatçılıq sahəsində çalışacaq mütəxəssislər hazırlayır. Layihənin əsas məq-sədi isə Amerika təhsil sisteminin müsbət elementlərinin Azərbaycanda daha genış yayilmasina təkan verməkdir.
Bu layihə hal-hazırda müvəffəqiyyətlə həyata keçirilir. Avqust-oktyabr aylarında Universitetin iki müəllimi İndiana Universi-tetinin ictimai İnzibatçılıq və ətraf mühit məsələləri fakültəsinin mahiyyətini və struk-turunu öyrənmək məqsədilə İndiana Univer-sitetinin İctimai və Ekoloji məsələlər fakül-təsinin strukturunu müəyyənlişdirmək və tədris proqramları hazırlamaqla məşğuldur-lar.
Eva Maria Aux, Fəxri professoru
Şimali Alabama və Delta Steyt Universitetləri ilə birgə həyata keçirilən digər layihənin məqsədi isə Qərb Universitetinə MBA (İşguzar İnzibatçılıq üzrə maqistr dərəcəsi) kurslarının aparılmasında yardım etmək idi. Bu layihə təxminən 20 tələbəyə iki illik MBA proqramının birqə tədris olunmasını nəzərdə tutulmuşdur. Bu proqram üzrə təhsilini başa çatdıran tələbələrə Amerika MBA diplomları təqdim edilmişdir. Kurslar növbə ilə qısa müddətli səfərlərlə Qərb Universitetinə qələn ABŞ professorları tərəfindən keçirilmişdir.
Ekoloji menecment üzrə bakalavr və maqistr proqramları ABŞ-nın Missisipi Universiteti ilə birqə hazırlanıb.Yuxarıda sadalananlardan başqa Qərb Universiteti Kent Universiteti (Böyük Britaniya), Eramus Universiteti (Hollandiya), Merilhöst Kolleci (Oreqon, ABŞ), Texas Universiteti (ABŞ), Lion Universiteti (Fransa), Prinston İncəsənət və Memarlıq Universiteti (Böyük Britanya), Mərkəzi Avropa Universiteti (Budapeşt), Akkademiya İtaliana (İtaliya), Bonn Universiteti (Almaniya), Erfurt Universiteti (Almaniya), Dalarna Universiteti (İsveç), Ankara Universiteti (Türkiyə), Alkalinqva Universiteti (İspaniya) daxil olmaqla bir çox başqa ali təhsil ocaqları ilə birqə tədbirlər və mübadilə proqramları həyata keçirmişdir.
|