01.05.2009 | XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovla görüş.
2009 cu il aprelin 30-da Qərb Universitetində Ümummilli Lider Heydər Əliyevin 86-cı ildönümü münasibətilə Azərbaycan Respublikası XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun “Azərbaycanın xarici siyasətinin və diplomatiyasının əsas prioritetləri və xüsusiyyətləri” mövzusunda universitetin professor-müəllim heyəti ilə görüşü keçirildi. Görüşdə aşağıdakı məsələlər müzakirə olundu:
- Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri;
- Müasir beynəlxalq münasibətlərdə Azərbaycan diplomatiyasının əsas xüsusiyyətləri;
- Cənubi Qafqaz regionun geosiyasi aspektlər;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları.
Cənab Poluxov tələbələrin suallarına cavab verdi.
|