25.05.2009 | “Qız Qalası” - Beynəlxalq Müasir İncəsənət Forum.
“Qız Qalası “- Beynəlxalq Müasir İncəsənət Forumunun təşkil edilməsində əsas məqsəd, sənət adamların beynəlxalq əməkdaşlığının möhkəmlənməsi və dərinləşməsi idi.Bugünki qlobal incəsənətin əsas xarakterik cəhətlərindən biri də, yaradıcılıq konsepsiyalarının və eyni zamanda təcrübələrin mübadiləsidi. “Qadın Olmaq” Azərbaycanda bu mövzuda keçirilən ilk forumdur. Forum çərçivəsində bir çox tədbirlər –səgilər, konfranslar, film göstərişləri və disskusiyalar keçirilmişdir.Bunlardan biri də Qərb Universitetində dəyirmi masa təşkil olunmuşdur. Forumun mövzusuna-aid olan memarlıq lahiyələr təqdim edilmişdir. Lahiyələrin müəllifi müasir norveç memarı, Oslo Memarlıq ve Dizayn Akademiyasının professoru Beate Holmebakk lahiyələri haqqında forum iştirakçılarına məlumat çatdırmışdır. Qərb Universitetinin “Dizayn”fakultəsinin professor-müəllim heyəti və tələbələri dəyirmi masada iştirak etmişdilər.
|