12.01.2010 | And dağlarına ilk Azərbaycan elmi-idman ekspedisiyası!
Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun rəhbərlik etdiyi And dağlarına (Argentina)ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək ekspedisiyanı başa vurmuşdur. Ekspedisiya And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloji , həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloji müxtəlifliyi üzrə proqramları həyata keçirmişdir. Ekspedisiya zamanı elmi- populyar filmlər və nəşrlərin hazırlanmasında əsas olacaq unikal, zəngin video və foto materiallar çəkilmişdir.
Akonkaqua zirvəsinə (6962 m.) Azərbaycanın milli bayrağı, Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, həmçinin üzərində Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənablarının şəkli və “Azərbaycan- Yeni zirvələrə doğru, İlhamla irəli” sözləri yazılmış vımpellər qaldırılmışdır. Həmçinin zirvədə azərbaycan və ingilis dillərində yazılan “2010 Azərbaycanda ekologiya ili - Yaşıl dünya naminə” transporantları açılmışdır.
Ekspedisiya rəhbərliyinin tapşırığına əsasən,bu ekspedisiyanın üzvü, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Ekosport” İdman klubunun rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı M.Mirhəsənli tərəfindən həyata keçirilmışdir. Ekspedisiya hal-hazırda geri dönməyə hazırlaşır.
|