22.01.2010 | Xanım Anne-Marie Lizin ilə görüş.
22 Yanvar 2010-cu ildə saat 11:20-də Belçika Senatının Fəxri Prezidenti xanım Anne-Marie Lizin Qərb Universitetinin qonağı olmuşdur. O, 1979-1988-ci illərdə Avropa Parlamentinin, 1992-1988-ci illərdə Belçika Hökümətinin üzvü və Avropa Əlaqələri üzrə Dövlət Katibi olmuşdur. 1995-1992-ci illərdə BMT-nin Texniki Əməkdaşlıq və İnsan Hüquqları Fondunun rəhbəri olmuşdur. 1995-ci ildən Belçika Senatorudur. 2004-cü ilin iyulundan 2007-ci ilin iyuluna kimi Belçika Senatının Prezidenti kimi fəaliyyət göstərmişdir. Xanım Anne-Marie Lizin 2007-ci ilin iyul ayından bugünədək Belçika Senatının Fəxri Prezidentidir. Tədbirdə Xanım Anne-Marie Lizinə Fəxri Professor adının təqdim olundu və “Avropa Təhlükəsizliyinin Perspektivi” adlı məruzə ilə çıxış etdi.
|