08.04.2010 | NATO ayı.
NATO-nun 61-cı ildönümü ilə əlaqədar olaraq “NATO Əməkdaşlıqn İnstitutu” NATO-ya üzv dövlətlərin Azərbaycandakı səfirlikləri ilə bərabər aprel ayını Azərbaycanda NATO ayı élan etmişdir.Bununla bağlı respublikamızın idarə və müəssisələrində, tədris ocaqlarında müxtəlif tədbirlər keçiriləcəkdir.Aprelin 7-də saat 11:00da Qərb Universitetində keçirilən görüş həmin tədbirlər silsiləsinin bir həlqəsidir. Toplantının əvvəlində universitetin hüquq məsələləri üzrə rector müavini,hüquq kafedrasının müdiri, dosent Ağa Miüələm çıxış etdi.Universitetinin “Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müəllimi, professor Fikrət Sadıxov qurumun fəaliyyəti barədə məlumat verdi. Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfri cənab Nikolae Ureche, Macarıstanın Azərbaycan Respublikasındakı səfirinin müşaviri cənab Zoltan Kozçka, NATO əməkdaşlıq İnstitutunun direktoru cənab Fərrux Məmmədov, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşları, eləcə də Qərb Universitetinin professor-müəllim heyyəti və tələbələr iştirak etmişdilər. Yığıncaqda NATO haqqında sənədli filmin nümayişi olundu.
|