19.05.2010 | Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfranslar.
Qərb Universitetinin «Siyasi elmlər» fakültəsinin tələbəsi Tağıyev Kənan Söhrab oğlu 04 may 2010-cu il tarixdə Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Azərbaycan Respublikasında ekologiyanın müasir iqtisadi vəziyyəti və yaxşılaşdırılmasının əsas istiqamətləri (iqtisadi məsələlər)» mövzusunda keçirilmiş konfransda fəal iştirak etmiş, sertifikat və diplomla təltif edilmişdir.
06-07 may 2010-cu ildə Qafqaz Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Gənc Tədqiqatçıların Ümumrespublika Elmi Konfransı»nda universitetimizi «Siyasi elmlər» fakültəsinin müəllimi Həşimov Davud Soltan oğlu, fakültənin tələbələrindən Tağıyev Kənan Söhrab oğlu, Əlizadə Firdovsi Cavid oğlu, Eyvazova Tacirə Ağarəhim qızı, Muradov Xəyyam Ağamurad oğlu, Salmanov Orxan Ağalar oğlu, İmanova Kübra Yusif qızı, Məmmədov Xaliq Sübhan oğlu, Məmmədov Tamerlan Sərvər oğlu, İbrahimov Fərid Nuru oğlu, Əliyev Nahid Cəmil oğlu, Əlisoy Nicat Oruc oğlu, Abbaslı Kənan Kamran oğlu, Məmmədli Mehdi Hüseynxan oğlu, Ayazov Pərvin Əsgər oğlu, Hüseynov Əfqan Rəhman oğlu, Şirvanzadə Azər Əmrulla oğlu layiqli təmsil edərək maraqlı mövzularla çıxış etmişlər. Müasir elmin müxtəlif aspektlərinə həsr olunmuş elmi məqalələr auditoriyanın böyük marağına səbəb olmuşdur. Universitetimizin müəllim-tələbə heyəti fəxri fərmanlara layiq görülmüşdür.
|