Qəbul qaydaları
Qərb Universiteti Nazirlər Kabinetinin akkreditasiyasından (qeydiyyatından) keçmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin lisenziyasını almış və bütün dövlət universitetləri kimi tələbə qəbulu üzrə ümumi qaydalara əsasən fəaliyyət göstərir.
Tələbə qəbulu aşağıdakı qaydalara əsaslanır:
Əsas qaydalar
Qəbul ömumrespublika testləşdirilməsi əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yerinə yetirilir. Ingilisdilli ixtisaslara tələbə qəbulu zamanı Qərb Universiteti ingilis dilinin səviyyəsini təyin etmək öçön abituriyentlərlə müsahibə aparır. Müsahibənin müzbət nəticələrində abituriyentlərə sənədlərini Universitetin ingilis dilli ixtisaslarına təqdim edilməsini məsləhət görürlər. Əks halda, yəni müsahibədən keçməyən abituriyentlər sənədlərini digər ixtisaslara təqdim edirlər.
Qərb Universitetinə orta və xösusi orta təhsilli Azərbaycan Respublikasının vətəndaşları qəbul oluna bilərlər. Bütün məzunlar öz dilindən, dinindən, sosial mənşəyindən, orta məktəbi hansı ildə bitirdiyindən asılı olmayaraq eyni hüquqa malikdirlər. Xarici ölkə vətəndaşları, o cümlədən keçmiş Sovet Respublikalarından olan vətəndaşlar birbaşa möqavilələr əsasında Qərb Universitetinə daxil ola bilərlər.
Qəbul komissiyası.
Qərb Universitetində qəbul kompaniyasının keçirilməsi və təşkili komissiyanın sədri olaraq Universitetin rektoru başda olmaqla qəbul komissiyası tərəfındən yerinə yetirilir. Qəbul komissiyası universitetə qəbulla əlaqəli məsləhətlər, ingilis dili ilə bağlı müsahibələr keçirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə bilavasitə sıx əlaqə saxlayır. Oradan Qərb Universitetinə ümumrespublika testləşdirilməsinin nəticələrinə əsasən daxil olmuş tələbələrin siyahısını alır.
www.tqdk.gov.az internet önvanından əlavə informasiya almaq olar.
|