Təhsil haqqı
Qərb Universitetində təhsil haqqı, təqaüd və qrantların ödənilməsi üzrə aşağıdakı qaydalar mövcuddur:
Qərb Universitetində təhsil ödənişli əsaslara görə tərəflər arasında müqavilə bağlamaqla yerinə yetirilir. Ödəniş müxtəlif şəkildə, həm Universitetin hesabına pul köçürməklə. Qəbul zamanı yüksək bal toplayan abituriyentlər, qış və yay imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələr növbəti tədris ilində 100 %, 50 % və ya 20 % təhsil haqqından azad olunurlar.
Böyük şirkətlər və təşkilatlar imtahan sessiyalarının nəticələrinə görə yüksək qrant balları, yəni 90-100 bal alan tələbələrə sponsor köməyi olaraq növbəti tədris ilində təqaüd verirlər. Bundan başqa belə tələbələr növbəti tədris ilində ödənişsiz əsaslarla oxumaq hüququna malik olurlar.
|