Axşam və qiyabi təhsil
Əziz abiturientlər, sizi Qərb Univer-sitetinin "Axşam və qiyabi təhsil" fakültəsinə qəbul olmağa də'vət edirik. Biz ilk addımlarımızdan yüksək standarta uyğun gələn təhsil müəssisələrindən istiqamət götürmüş və bu gün ən yaxşı milli ən'ənəbrimizb yanaşı xarici təcrübədən istifadə edib tədris proqramını qurmağa çalışırıq.
Universitetin akademik tədris proqramları ABŞ, Böyük Britaniya, Almaniya və başqa ölkəbrin bir çox ali tədris müəssisəbri tərəfindən qəbul edilib. Qərb Universiteti YUNESKO Beynəlxalq Universitetbr Assosiasiyasının (BUA) üzvüdür və 1997-ci ildən müntəzəm olaraq BUA tərəfindən nəşr olunan kataloqa daxil olunur. İndi Qərb Universiteti iki Beynəlxalq Akkreditasiya Təşkilatında akkreditasiya keçir.
Mütəxəssisbrin kompleks şəkildə hazırlıq şəraiti, beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən "Axşam və qiyabi təhsil" tədris proqramında öz əksini tapmışdır. Respublika Təhsil Nazirliyinin təhsil planına əsaslanaraq fakültədə axşam və qiyabi təhsilin bütün ixtisasları üzrə akademik təhsil planına keçid başa çatmışdır. Bütün lazımi istiqamətbr üzrə hazırlıqlaraçılıb.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı: politologiya, beynəlxalq əlaqəbn, bank işi üzrə menecment, iqtisadiyyatın hüquqi tənzimbnməsi; turizm və sosial mədəni servis, ümumi iqtisadiyyat, biznes-menecment, tərcümə (ingilis dili), ingilis dili və ədəbiyyatı üzrə filoloq, beynəlxalq hüquq, hüquqşünaslıq.
Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi kredit-bal sistemi ilə keçirilir, kurs imtahanları isə əyani şö'bədə olduğu kimi yazılı test üsulu ilə keçirilir. Tədris azərbaycan, rus və ingilis dillərindədir.
Axşam şö'bəsinin tələbələri 2 qoşa saat olmaqla həftənin 4 günü məşğul olurlar (həftədə 16 dərs saatı). Dərs planına əsasən qiyabi təhsil alan tələbələrin sərbəst işlərinin həcmi bütün kurs üzrə aparılan saatldarın 50-55%-ni təşkil edir. Qəbul olunan tələbəyə illik tədris işinin qrafiki verilir.
Mükəmməl təhsilə nail olmaq üçün ən yüksək beynəlxalq standartlara cavab verən yaxşı inkişaf etmiş təhsil bazası vardır. Belə ki, fərdi və qrup şəklində keçirilən məsləhətlər, texniki vəsaiti olan zallarda tə'lim, video-mühazirələr bloku, annotasiya məcmuələri və təhsil proqramları ilə iş tələbələrin təhsilinə çox kömək edir. Milli və xarici elmi nəşrlər, kompüter vasitəsilə İnternetə çıxış tələbələrin müstəqil təhsili üçün geniş imkanlar açır. Audio-, video-texnika, müxtəlif multimediya proqramları, dil laboratoriyaları və müasir kompüter sinifləri universitetin infra strukturunun bir hissəsidir. Axşam və qiyabi təhsil alan hər bir tələbənin pulsuz elektron poçtundan və internetdən qeyri-məhdud şəkildə istifadə etmək imkanı vardır.
Fakültədə 65-dən artıq elmlər namizədi və doktoru, professorlar, həmçinin dil ixtisası üzrə dərs deyən xarici müəllimlər çalışır. Burada təhsilin xüsusiyyətini nəzərə alaraq istehsalatdan ayrılmayaraq tələbə hazırlığ həyata keçirilir.
Fakültə nazirliklərə, müəssisələrə, şirkət və banklara, kommersiya strukturlu təşkilatlara və dövlət idarələrinə kadrlarm ikinci ali təhsil üzrə ixtisas hazırlama kursları haqqında məlumatlar göndərir. Qəbul müqavilə əsasmda aparılır. Təhsil prosesində müasir texnologiyanm tətbiqi ilə tədris həyata keçirilir, bu da bir qrup sahibkarlara, menecerlərə, fəhlə-gənclərə öz iş yerlərini tərk etmədən zəruri biliklər əldə etmələrinə imkan yaradır.
Bu gün bu fakültəni məzunları bitirərək istehsalatın müxtəlif sahələrində çalışır. Onlardanbir çoxu Qərb Universitetinin mə'zunları Assosiasiyasının üzvləridir. Xarici dövlətlərin aparıcı şirkətləri universitetdə müntəzəm olaraq təqdimetmə mərasimləri keçirərək tələbələrin işlə tə'min olunması üçün müəyyən imkanlar yaradırlar.
Fakültə universitetin ictimai həyatında yaxından iştirak edir. Belə ki, axşam və qiyabi təhsil alan tələbələr tələbə elmi konf-ranslarında, ekspedisiyalarda, universitetin bir çox dərnəklərində iştirak edir, ŞHK, universitetin basketbol, futbol üzrə yığma komandasınm, üzvüdürlər.Fakültədə təhsil müddəti 5 ildir. Təhsili bitirən mə'zunlara dövlət nümunəsinə uyğun diplom təqdim olunur.