Qəbula hazirlıq
Qərb Universitetinin Hazırlıq şöbəsi 1994-1995-ci tədris ilindən etibarət fəaliyyət göstərir. Hazırlıq kurslarının məqsədi öy-rənciləri Respublikanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyanin keçirdiyi test qəbul imtahanlarına hazırlaşdırmaqdan ibarətdir. Hazırlıq şöbəsinin dinləyiciləri Qərb Uni-versitetinə və ya digər ali məktəblərə qəbul olmaq istəyən 10-11-ci sinif şagirdlərindən ibarət olur.Təlim müddəti 9 ay üçün nəzərdə tutulub və intensiv dərslər və müstəqil işdən ibarətdir. Proqram 2 semestrdən ibarətdir: Sentyabr-Dekabr; Yanvar-May. Dərslər məktəb proqramı ilə qəbul testlərinə hazırlaşmağı uyğunlaşdıra bilməyə imkan yaradır. Dərslər həm azərbaycan, həm də rus dillərində keçirilir.
Kursun proqramı ingilis dilinin, xüsusilə də aşağıda göstərilən aspektlərin dərindən tədris edilməsini nəzərdə tutur. Qrammatika və şifahi nitq qabiliyyəti dərslərini xarici ölkələrdə təcrübə keçmiş müəllimlər aparır. Bundan başqa ABŞ və Böyük Britaniyadan ingilis dili dərsləri keçmək üçün dil daşıyıcıları da dəvət olunur.
Hazırlıq kurslarının fəaliyyət göstər-diyi illər ərzində ingilis dili dərslərini Amerikadan gəlmiş Canel Qloş, Robert Flaqen, Həsən Şəfi, Tomas Faustini, Karolina Adams, Erik Lapisto, Britaniyalı Nəzrin Borumand və Zena Voters kimi dil daşiyiciları keçmişdir.
Dərslərdə müasir metodlardan, audio-video vəsaitlərdən, müasir interaktiv kompüter proqramlarından istifadə edilir. Bu kifayət qədər yüksək nəticələr əldə etməyə imkan verir.2 saatlıq kompüter dərsləri də bu proqramın tərkibinə daxildir. Dərslər aşağıdakı fənlər üzrə keçirilir:
- riyaziyyat
- fizika
- kimya
- tarix
- coğrafiya
- ana dili və ədəbiyyat.
Dizayn ixtisasını seçənlər üçün qabiliyyət imtahanından xüsusi hazırlıq dərsləri keçirilir. Bu dərsləri peşəkar rəssamlar keçir. Tələbələr öz işlərini Qərb Universitetinin təşkil etdiyi müxtəlif müsabiqələrdə nümayiş etdirirlər.
|