Davamlı İnsai İnkişafı İnstitutu
Müasir dünyada qəbul olunmuş sabit insan inkişafı konsepsiyası bugünkü nəslin tələblərini nəzərə almaqla gələcək nəslin ehtiyaclarını ödəməyi və bu baxımdan tərəqqiyə nail olmağı nəzərdə tutur. Bu, o deməkdir ki, təbii sərvətlərdən istifadə olunması, ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, elmi biliklərin və texnologiyanın inkişafı ilə həyata keçirilməlidir ki, gələcək nəsillər də onlardan bizim kimi istifadə edə bilsin. Qlobal miqyasda inkişafa bu cür uğurlu yanaşma insanın cəmiyyətə xas olan iqtisadi, ekoloji və ictimai faktorların daşıyıcısı olması ideyasını və insan inkişafının milli strategiyalarını dəstəkləyir. Bu baxımdan milli inkişaf istitutlarının uaradılması inkişaf konsepsiyasının həyata keçirilməsinin vacib elementlərindən biridir.
Azərbaycanda İnsan İnkişafı İnstitutu insan təkamülünü öyrənmək və təhsil strukturlarının bu istiqamətdə iş aparması üçün təbliğat aparmaq məqsədilə yaradılmışdır. İnstitutun fəaliyyət dairəsinə aşağıdakılar daxildir:
- İnsan inkişafının müasir şəraitini öyrən-mək və tədqiq etmək, bu prosesə təsir qöstərən iqtisadi, ekoloji və ictimai fakor-ları müəyyənləşdirmək;
- Komponentlərin dinamikasına və qöstəri-cilərinə əsasən insan inkişafının şəraitini qiymətləndirmək məqsədilə mövcud qa-nuna uyğunluqları aşkara çıxararaq və insan inkişafını sürətləndirmək məqsədilə əhalinin aztəminatlı təbəqələri üçün layi-hələr hazırlayıb həyata keçirmək;
- Milli insan inkişafı strateqiyasının və konsepsiyasının həyata keçirilməsində iştirak etmək.
İnstitut insan inkişafını sürətləndir-məyə yönəldilmiş kompleks işlər qörür və bu sahədə aparılan tədqiqat işlərini əlaqə-ləndirir. Ən əsas vəzifələrdən biri insan inkişafı barədə bilgiləri cəmiyyət üzvləri, xüsusilə də gənclər arasında yaymaqdan ibarətdir.
İnstitut digər dövlət və qeyri-dövlət orqanları, hökümət və qeyri-hökümət təşkilatları, yerli və xarici institutlarla əməkdaşlıq etməyə can atır. İnstitut tərəfindən aşağıda göstərilən sahələr üzrə tədqiqatlar aparılır:
- təbii, ekoloji və ictimai mühit və onların insan inkişafına təsiri
- insan inkişafının gender aspektləri
- əhalinin ən imtiyazsız təbəqələri (qaçqınlar, əlillər, yaşlılar və qadınlar)
- insan inkişafının səviyyəsində mövcud olan regional fərqlər və onların aradan qaldırılması.
Postsovet sosial-iqtisadi və mədəni məkanı üçün insan inkişafına dair biliklərin yayılması və bu sahədə təhsilin təmin olunması xüsusi əhəmiyyət kəsb edir, çünki insan potensialının inkişafına və ətraf mühitin problemlərinə lazımi diqqətin verilməməsi sovet inzibati-əmr təsərrüfat sistemi üçün səciyyəvi olmuşdur. Zəngin insan və təbii ehtiyatların sovet dövründə amansız istismarının bütün ağırlığını çək-miş Azərbaycanda sabit insan inkişafının təmin olunmasına və ətraf mühitin keyfiy-yətinin qorunub saxlanılmasına olan ehtiyac daha kəskindir.
Qərb Universiteti Azərbaycanda insan inkişafına dair təhsilin təmin olun-masının və Azərbaycan cəmiyyətinə bu biliklərin aşılanmasının təşəbbüskarı kimi çıxış etmişdir. 2001-ci ildə ölkədə ilk dəfə olaraq Qərb Universitetində İnsan İnkişafı İnstitutu təsis edilmişdir. Sabit inkişafın müxtəlif aspektləri üzrə, o cümlədən sabit insan inkişafı üzrə biliklərin təbliği və yayılması bu İnstitutun fəaliyyətində priori-tet istiqamətdir. 2002-2003-cü tədris ilindən başlayaraq Universitetin bütün fakultələ-rində sabit inkişafın və sabit insan inkişa-fının əsasları üzrə ümumi kurslar tədris edilir. Bu sahədə seminarlar (Məsələn: aprel 2003, «Azərbaycanda sabit ekoturizm və milli parkların sistemi», Böyük Britaniya-nın Darrel İnstitutu, Kent Universiteti ilə birgə; mart 2005, ABŞ-nin Missisipi Uni-versiteti ilə birgə «Sabit İnsan İnkişafına istiqamətlənmiş ekoloji menecment») təşkil olunur, müvafiq tədris proqramları hazırla-nır ki, bu proqramlara uyqun olaraq ölkə-nin digər tədris ocaqlarında da müvafiq kursların tədris edilməsi üçün imkanlar araşdırılır.
Eyni zamanda İnstitut Azəraycanda, 1995-ci ildən BMT-nin İnkişaf Proqramının təşəbbüsü və dəstəyi ilə tərtib olunan insan inkişafı üzrə illik hesabatların hazırlanma-sında fəal iştirak edir. İnstitutun elmi-tədqi-qat fəaliyyətinin əhəmiyyətli hissəsini etnik biliklərin toplanması və öyrənilməsi üzrə tədqiqatlar, sabit inkişaf üzrə ümumi və xüsusi tədris materiallarının hazırlanması təşkil edir.
Hazırda Azərbaycan hökümətı ölkə-nin sabit inkişafının təmin olunması üçün mühüm işlər aparır. O cümlədən, müvafiq Nazirliklər tərəfindən sabit inkişaf prinsip-lərə əsaslanan milli və regional inkişaf konsepsiyası işlənib hazırlanmışdır. Bu baxımdan Qərb Universitetinin nəzdində təsis olunmuş İnsan İnkişafı İnstitutunun fəaliyyəti ölkənin təbii və insan ehtiyatla-rının idarə olunması sahəsində müasir üsul-lara və biliklərə yiyələnmiş yüksək ixtisaslı yerli kadrların hazırlanmasına və Azərbay-can cəmiyyətində sabit inkişaf haqqında biliklərin yayilmasına istiqamətlənmiş ümummilli səylər sırasındadır.
|