Beynəlxalq əlaqələr şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi Universite-tin xarici aləmlə münasibətlərini qurur və universitetin beynəlxalq fəaliyyətini tənzim-ləyir. Şöbənin geniş fəaliyyət dairəsi aşağıdakı sahələri əhatə edir:
- Universitetin müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin etmək
- Qərb Universitetində dərs deməkdə maraqlı olan könüllü xarici vətəndaşları universitetə cəlb etmək
- Xaricdən Universitetə qısa və uzun müddətə dərs demək üçün müəllimlər dəvət etmək
- Universitetin ictimaiyyətinə müxtəlif konfranslar, seminarlar və layihələr haqda məlumat çatdırmaq (Beynəlxalq əlaqələr şöbəsi xarici universitetlərlə müəllim-tələbə mübadiləsi, təhsili xaricdə davam etdirmək, birgə elmi tədqiqat layihələrində, beynəlxalq konfrans və seminarlarda iştirak etmək imkanları haqda məlumatlar verir)
- Xarici ölkələrdə tələbələr üçün akademik və dil kursları təşkil etmək
Beynəlxalq əlaqələr şöbəsinin əsas vəzifələrindən biri xarici tələbələri Universitetdə təhsil almağa cəlb etməkdir. Hazırda Türkiyə, Albaniya, Portuqaliya, Gürcüstan, İran və s. kimi ölkələrdən gəlmiş tələbələr Universitetdə təhsil alır.
|