Akademik proqramlar mərkəzi
Akademik Proqramlar Mərkəzi xarici universitetlərdə təhsil almaq və ya qısa müddətli ixtisaslaşma kursları keçirmək arzusunda olanların ehtiyyaclarını ödəmək məqsədilə yaradılmışdır. Tələbələr üçün Avropa, Amerika və bir çox başqa dünya ölkələrinin universitet və kolleclərində təhsil almaq və ya təhsilini davam etdirmək imkanı yaradılıb.
Bu qünə qədər APM-nin xidmətlərindən xaricdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyən bir çox tələbə istifadə etmişdir.APM-in səmərəli fəaliyyət qöstərə bilməsi üçün hər cür şərait yaradılmışdır: İnternetdə qedən məlumatlar vaxtaşırı təzələnir, elan lövhələrində son məlumatlar verilir və vaxtaşırı olaraq bu sahə üzrə mövcud bazar dərindən təhlil edilir.
Tələbələrə xaricdə təhsil almaları üçün müxtəlif çeşiddə proqramlar təşkil olunur. Qərb Universitetinin Böyük Britanya, İrlandiya, Şotlandiya, ABŞ, Malta, Avstraliya, Fransa, Almaniya, İtaliya, İspaniya və başqa ölkələrin füsünkar qüşələrində yerləşən məşhur uiversitetlər və dil məktəbləri ilə əlaqələri var.APM-də öyrəncilərin yaşı, kursun müddəti, akademik və professional ehtiyyacları və s. kimi tələblərə cavab vermək məqsədilə müxtəlif proqramlar yaradılmışdır.
|