Dil markəzi
Qərb Universitetində xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir. Universitet müəllimləri audio-video materiallarla, CD ROM-larla təchiz olunmuş xüsusi dil laboratoriyasından istifadə etməklə tədris prosesində səmərəli təlim metodlarını tətbiq edirlər.
Dil laboratoriyası iki otaqdan ibarət-dir: onlar televizor, audio və video maq-nitafonlarla təchiz edilib. Burada tələbələr xarici dil tədris filmlərinə baxmaqla və audio yazilara qulaq asmaqla mənimsəyir; digər otaq isə multi media-linqafon kompü- ter sinfidir. Burada tələbələr xarici dilləri CD ROM-larda toplanmış interaktiv dil proqramları vasitəsilə öyrənirlər, ingilis, fransız, alman, italyan, ispan, koreya, çin, yapon və başqa dil öyrətmə CD proq-ramları informasiya, praktik çalişmalar, testlər, dil daşıyıcılarının tələffüzü, illüstra-siyalar, ölkəyə aid faktlar və digər bu kimi informasiyalarla zəngindir və bu da tələbələrə istədikləri hər hansı bir xarici dilə yiyələnməyə imkan verir.
|