Hüquq Klinikası
Qərb Universitetinin nəzdində Hüquq Klinikası 2004 – cü ildə USAİD və ABA CEELİ – nin dəstəyi ilə yaradılmışdır. Artıq 5 ildir ki, gənç hüquqçularln və hüquqi yardıma ehtiyacı olan vətəndaşlarımızın xidmətindədir.
Klinikanın əsas məqsədi tələbələrin təhsil aldıqları dövrdə əldə etdikləri hüquqşünas üçün zəruri olan bilikləri təcrübə şəraitində tətbiq etməklə hüquqşunas peşə vərdişlərinə yiyələnməsinə şərait yaratmaq və əhalinin az təminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərməkdən ibarətdir.
Hüquq Klinikasında tələbələr ilk öncə hüquqşünasların peşə vərdişləri üzrə bir ay müddətinə xüsusi hazırlıq kursu keçirlər. Daha sonra isə Hüquq Klinikasına müraciət edən vətəndaşları qəbul edir, onların problemlərini hüquqi cəhətdən öyrənir, təhlil edir, qanunvericiliyi araşdırır, hüquqşünas kuratorlarla problemin həlli variantlarını müzakirə edir, müraciət etmiş vətəndaşa işin həlli prinsiplərini başa salır – hüquqi məsləhət verir, şəhər (rayon) məhkəmələrinə iddia ərizələri, problemlə bağlı müvafiq orqanlara vətəndaşın adından şikayət ərizələri yazırlar. Hüquq Klinikasının məsləhətçi – tələbələri Qərb Universitetinin və digər Universitetlərdən öz istəyi ilə kurs keçən tələbələr hüquqşünas və beynəlxalq hüquq ixtisası üzrə təhsil alan III və IV kurs tələbələridir. Səmiyyət üçün savadlı və bacarıqlı hüquqşünas yetişdirməyi qarşına məqsəd qoyan Hüquq Klinikası tələbələrin öyrəndikləri nəzəri biliklərin təcrübədə tətbiqinə geniş imkan yaradır.
Hüquq Klinikasında daha çox mülki hüquq və sosial təminat bölməsi üzrə ictimai qəbul elan edir. 2004 – 2005 – ci tədris ili ərzində Hüquq Klinikasına 250 – dən artıq vətəndaş müraciət etmiş və onlara keyfiyyətli pulsuz hüquqi yardım göstərilmişdir.
Qərb Universiteti nəzdində yerləşən Hüquq Klinikasına aşağıdakı məsələlər üzrə müraciət edilir:
- Mülkiyyət
- Alqı – satqı
- Öhdəlik
- Özəlləşdirmə
- Sosial təminat
- Mənzil
- Ailə
- Nikah
- Vərəsəlik
Hüquq Klinikasının hər cür avadanlıqla tam təchiz olunmuş otağı, tələbələr hazırlıq məşğələlərinin keçirilməsindən ötrü lazimi şəraiti və zəngin hüquq kitabxanası var.
Qərb Universitetinin Hüquq Klinikasına Amerikadan, Rusiyadan və s. xarici ölkələrdən peşəkar hüquqşünaslar dəvət olunmuş, Klinikanın tələbələri bir beynəlxalq konfranslarda, respublika səviyyəsində keçirilən seminar kurslarında iştirak etmişlər.
Qərb Universiteti nəzdində fəaliyyət göstərən Hüquq Klinikası gələcəkdə də öz fəaliyyəti imkanların daha da genişləndirəcək, cəmiyyətimizdə peşəkar hüquqşünas yetişdirməkdə hüquqşünas tələbələrin öz təcrübi biliklərinin genişləndirilməsinə əlverişli şərait və geniş imkanlar yaradılacaq.
|