Elmi Kitabxana Mərkəzi
Qərb Universitetinin Elmi Kitabxana Mərkəzi universitet infrastrukturunun ən vacib elementlərindən biri və bütün fənlər üzrə əsas informasiya mənbəyidir. Universitet kitabxanasının vəzifələri və fəlsəfəsi universitetin məqsədinə tam uyğun gəlir. Universitet kitabxanası təhsil müəssisəsinin tədris, elmi-tədqiqat və ictimai həyatının mərkəzi elementi kimi çox fəal, fundamental rol oynayır. Elmi kitabxana mərkəzi artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir və durmadan özünün kitab fondunu, informasiya resurslarının, avadanlıqlarını və xidmət sahələrini genişləndirir. Hazırda o, ölkənin 50 000 nüsxə azərbaycan, ingilis, rus, fransız, alman, ispan, türk və başqa dillərdə çap edilmiş kitablar, 500-dən çox mikro formaları və digər informasiya mənbələri olan ən zəngin kitabxanalarından biridir. Burada yalnız ingilis dilində 15000-dən çox elmi-təhsil qəzet və jurnallar var ki, bunlardan 42-si ABŞ-dan, 20-si Böyük Britaniyadan, 29-u Rusiyadan, 9-u Almaniyadan və 5-i Hollan-diyadan alınır.
Kitabxananın kitab fondu iqtisadiyyat, menecment, maliyyə, mühasibat, marketinq, informasiya texnologiyaları, politologiya, ekologiya, turizm, ritorika, məntiq, incəsənət, dizayn, kütləvi informasiya və informasiya vasitələri, riyaziyyat, pedaqoqika, ingilis dili, xüsusi məqsədlər üçün ingilis dilinə aid kitablardan, Amerika, Britaniya və Almaniya ədəbiyyatı nümunələrindən, onlarla məlumat kitabçalarından, lüğət və ensiklopediyalar-dan və s. ibarətdir.Kitablar arasında 100 ildən çox yaşı olan nadir nüsxələr də var. Klassik ədəbiyyatı sevənlər burada antik ədəbiyyat nümunələrini də tapa bilərlər.
Yüzlərlə tələbənin eyni zamanda məşğul ola biləcəyi 2 oxu zalı, audio-video avadanlıqlar üçün xüsusi otağı var. Bu otaqda tələbələr təlim filmlərinə baxır və təlim kursunun audio yazılarını dinləyirlər. Kitabxananın audio-video bölməsi ənənəvi audio-video yazılar kolleksiyasından və multi media imkanları olan Kompüter Mərkəzi və kompüter proqramlarından ibarətdir. Kitabxana işçiləri respublikada və xaricdə olan bir çox nəşriyyatlarla əlaqə saxlayır ki, bu da onlarda sistematik olaraq yeni kataloqlar əldə etməyə, oxucuları müxtəlif sahələr üzrə buraxılmış yeni ədəbiyyatlarla tanış etməyə və kitabxana fondunu zənginləşdirməyə imkan verir. Kitabxana Mərkəzində hər bir tələbənin gündə bir saat ərzində İnternetdən istifadə etmək, mətnləri disketə və CDROM-a köçürmək imkanı var.
Kitabxananın texniki fonduna aşağıdakı sahələrə aid audio və video yazılar daxildir:
- İngilis dili və xüsusi məqsədlər üçün ingilis dili
- Alman dili və xüsusi məqsədlər üçün alman dili
- Fransız dili və xüsusi məqsəd-lər üçün fransız dili
- İspan dili və xüsusi məqsədlər üçün ispan dili
- Tədris-informasiya xarakterli filmlər
- Oyunlar
- Klassik əsərlərin ekranlaşdiril-miş versiyası
- Qərb Universitetində baş verən əlamətdar hadisələrin xronika-sı
- Elektron kataloq
Kitablar haqqında məlumatlar elektron kataloqda toplanır ki, bu da axtarış prosesini asanlaşdırır və sürətləndirir. Hər bir nüsxənin öz qeydiyyat nömrəsi var və həmin nömrə elektoron kataloqa daxil edilir. Bu da öz növbəsində oxuculara, ona lazım olan kitabı rəflərdə tapmağa imkan verir. Kitabxana mərkəzi daim öz xidmətlərini təkmilləşdirməyə çalışır. Buna görə də elektron kataloq durmadan genişlənir, demək olar ki, hər gün ora yeni məlumatlar daxil olur.
Kitabxanamız bazar ertəsindən cümə gününədək saat 9-00-dan 20-00-dək, şənbə günü saat 9-00-dan 16-00-dək işləyir. Sizi Elmi Kitabxana Mərkəzində gözləyirik!
|